Siz bizim [[countryName]] ([[languageName]]) vebsaytımızdasınız.

"Derek Prince Ministries" haqqında tez-tez verilən suallar

"Derek Prince Ministries" və qlobal miqyasda göstərdiyimiz Müqəddəs Kitab tədrisi səylərimizlə bağlı ümumi suallara cavab tapın.

"Derek Prince Ministries" nədir?

"Derek Prince Ministries" Müqəddəs Kitabı öyrətməyə və imanlıları Allahın Kəlamına uyğun yaşamağa hazırlamağa həsr olunmuş qlobal məsihçi təşkilatıdır. O, Derek Prinsin irsi olan kitablar, audio, video və rəqəmsal resurslar vasitəsilə təlimlərini paylaşmaqla onun işini davam etdirir.

İman etirafınız nədir?

İman etirafımızın tam mətnini oxuyun.

İman etirafı

DPM nədir?

"Derek Prince Ministries" bəzən qısaca DPM adlandırılır.

Başqa ölkələrdə necə fəaliyyət göstərirsiniz?

"Derek Prince Ministries", altı qitədə 45-dən çox milli və xarici ofisləri ilə Derekin təlimlərini 100-dən çox dilə tərcümə etmişdir. Komandalarımız Derekin təlimlərini çap, audio, video və radio formatlarında tərcümə edib yayımlayır.

Aşağıdakı linkə klikləyərək Xidmətlərimiz vasitəsilə gördüyümüz inanılmaz işlər haqqında daha çox məlumat əldə edin.

Xidmətlər

Derek Prins kimdir?

Derek Prins beynəlxalq səviyyədə tanınmış Müqəddəs Kitab müəllimi və yazıçıdır. Onun təsirli xidməti dünyadakı məsihçiləri ilhamlandırmaqda davam edir. Müqəddəs Yazıları dərindən anlayaraq sədaqətlə Allahın Kəlamını paylaşması əbədi bir miras qoyub.

Derek Prinsin həyatı, təlimləri və töhfələri haqqında daha çox məlumat əldə etmək üçün onun tərcümeyi-halı ilə tanış olun.

Bioqrafiya

"Derek Prince Ministries" ilə necə əlaqə saxlaya bilərəm?

Ətraflı məlumat üçün "Əlaqə" səhifəmizə baxın.

Əlaqə

"Derek Prince Ministries" barədə yenilikləri öyrənmək üçün necə abunə ola bilərəm?

"Derek Prince Ministries" barədə ən son məlumatlardan xəbərdar olmaq üçün icma xəbərlərimizə abunə olun.

Bizimlə əlaqə

"Derek Prince Ministries" digər xidmətlərlə əməkdaşlıq edirmi?

Dünya üzrə Müqəddəs Kitab tədris xidmətləri və ilahiyyat kollecləri ilə əməkdaşlıq edərək pastorları və imanlıları Derek Prinsin təlimləri ilə təchiz edirik. Məqsədimiz pastorlara Müqəddəs Kitab qaynaqlarından geniş istifadə edərək öz xidmətlərini inkişaf etdirməkdə dəstək olmaqdır.

Konfranslar keçirirsinizmi?

Bəzi ölkələrdə konfranslar təşkil edirik, digərlərində isə yerli imanlılar cəmiyyətləri və xidmətlərlə əməkdaşlıq edirik. Ətraflı məlumat üçün yerli "Derek Prince Ministries" ofisi ilə əlaqə saxlayın.

İmanlılar cəmiyyətlərini təşkil edirsinizmi?

"Derek Prince Ministries" imanlılar cəmiyyətləri təşkil etmir. Əksinə, biz, Derek Prins kimi, yerli məsihçi rəhbərləri xidmət, şagird hazırlamaq və imanlılar cəmiyyətinin böyüməsi işlərində dəstəkləyirik. Missiyamız dəyişməz olaraq qalır: Müjdəni eşitməyənlərə Müjdəni çatdırmaq, təlim almamış adamları öyrətmək. Çox vaxt Müqəddəs Kitab resurslarını pulsuz veririk.

"Derek Prince Ministries" şəxsi məlumatlarımı necə idarə edir və qoruyur?

"Derek Prince Ministries" şəxsi məlumatlarınızın qorunmasına son dərəcə diqqət və dürüstlüklə yanaşır. Məlumatlarınızın idarə olunması və qorunması, əlaqədə olduğunuz ofisin yerli məxfilik siyasətləri, eləcə də həmin bölgənin qüvvədə olan qanun və qaydaları ilə tənzimlənir. Bu, məlumatlarınızın məsuliyyətlə və müvafiq hüquqi standartlara uyğun işlənməsini təmin edir.

Məlumatlarınızın necə toplanması, istifadəsi və qorunması barədə daha ətraflı məlumat üçün tam məxfilik siyasətimizi nəzərdən keçirməyinizi tövsiyə edirik.

Məxfilik siyasəti

"Derek Prince Ministries" hansı resursları təqdim edir?

Müqəddəs Kitab təlimləri ilə bağlı geniş çeşiddə resurslar, o cümlədən kitablar, audio və video təlimlər, həsredilmələr və tədris vəsaitləri təqdim edirik. Əlçatan etmək məqsədilə bunların çoxu pulsuz və ya ucuz qiymətə təklif olunur.

Resurslara baxın

"Derek Prince Ministries" Müqəddəs Kitab dərsləri təklif edirmi?

Bəli, biz möminləri şagird etmək və Allahın Kəlamını daha dərindən başa düşmələri üçün bəzi dillərdə Müqəddəs Kitab dərslərini təqdim edirik.

Müqəddəs Kitab üzrə tədris kursları

Derek Prinsin kitabları başqa dillərdə mövcuddurmu?

Bəli! Derekin Müqəddəs Kitab təlimləri bir çox dillərdə mövcuddur. Müəyyən bir dildə kitablar axtarırsınızsa, veb-dükanımıza baxın və ya ətraflı məlumat üçün yerli "Derek Prince Ministries" ofisi ilə əlaqə saxlayın. Bu resurslar şəxsi öyrənmə və ya cəmiyyətinizə xidmət üçün çox faydalı ola bilər.

ƏlaqəOnlayn dükan

Derek Prinsin Müqəddəs Kitab təlimlərini öz dilimə tərcümə edə bilərəmmi?

Tərcümə və nəşr prosesimiz haqqında ətraflı məlumat üçün ən yaxın ofisimizlə əlaqə saxlayın.

Sifarişim hələ gəlməyib. Nə edim?

Əlavə yardım üçün onlayn alış-veriş etdiyiniz yerli ofislə əlaqə saxlayın.

Əlaqə

"Derek Prince Ministries"ə necə dəstək ola bilərəm?

Bizə dua ilə, ianə ilə və ya könüllü olaraq dəstək ola bilərsiniz. Bizə necə dəstək ola biləcəyiniz və qoşula biləcəyiniz barədə ətraflı məlumat üçün yerli ofisimizlə əlaqə saxlayın.

İanə verin

"Derek Prince Ministries"ə verilən ianələr vergi güzəştinə düşürmü?

Bir çox ölkələrdə "Derek Prince Ministries"ə edilən ianələr vergi güzəştinə malikdir. Ətraflı məlumat üçün yerli ofisimizlə əlaqə saxlayın.

Dili və yeri təyin edin

i
i