Siz bizim [[countryName]] ([[languageName]]) vebsaytımızdasınız.

Derek Prins haqqında tez-tez verilən suallar

Tanınmış alim və millətlərin məşhur Müqəddəs Kitab müəllimi Derek Prins Müqəddəs Kitab biliyi və müdrikliyinə görə yüksək hörmətlə qarşılanan Allah adamı idi.

Derek Prins harada anadan olub?

Banqalor, Hindistan.

Derek Prins nə vaxt anadan olub?

Cümə, 13 avqust 1915, saat 21.30 GMT+0900 (Yapon standart vaxtı ilə)

Derek Prins vəfat edib?

Derek Prins 24 sentyabr 2003-cü ildə vəfat edib.

Derek Prins neçə yaşında vəfat edib?

88 (1915-2003)

Derek Prins harada vəfat edib?

Derek Prins Yerusəlimdəki evində vəfat edib.

Derek Prins harada dəfn olunub?

Yerusəlimdəki Beynəlxalq Alyans imanlılar cəmiyyətinin qəbiristanlığında.

Derek Prins necə vəfat edib?

Səhhətindəki uzun sürən pisləşmədən sonra Derek Prins ürək çatışmazlığından yuxuda olarkən vəfat edib.

Derek Prins nələrə inanırdı?

Derek Prins məzhəb və təriqət mənsubiyyəti olmayan Əllincilərə aid olan məsihçi idi. Onun əqidələri iman və əməllərimizlə bağlı bütün məsələlərdə bizə rəhbərlik edən İman etirafımıza uyğundur.

İman etirafı
Bəzən insanlar məndən soruşurlar: “Hansı məzhəbdənsən, hansı imanlılar cəmiyyətinə gedirsən?” Mən Məzmurçunun dediyi kimi cavab verməyi xoşlayıram: “Mən Allahdan qorxan, Onun əmrlərinə əməl edən hər kəsin dostuyam”. Bu, o qədər də etiket məsələsi deyil; bu, ürəyin vəziyyəti və həyat yolu məsələsidir.

Derekin ən çox sevdiyi Müqəddəs Kitab tərcüməsi hansı idi?

Derek Kral Ceymsin tərcüməsinə üstünlük verir və hətta orijinal ibrani və yunan mətnlərini də öyrənirdi.

Dinləyicilərlə aydın ünsiyyət qurmaq üçün o, tez-tez Yeni Amerika Standart Tərcüməsi, Yeni Beynəlxalq Tərcümə və Yeni Kral Ceyms Tərcüməsi kimi müasir tərcümələrdən istifadə edirdi. Bəzən, əgər bir hissəni və onun mənasını daha yaxşı ifadə edirsə, J.B. Fillips Tərcüməsinə, Canlı Tərcüməyə və ya Genişləndirilmiş Tərcüməyə istinad edirdi.

Derek Prins evli idimi?

Derek iki dəfə evlənib, hər dəfə də dul qalıb.

Lidiya Prins
Evlilik illəri: 1946-1975

Rut Prins
Evlilik illəri: 1978-1998
"Mən Lidiya ilə 30 il, Rutla isə 20 il evli oldum. Hər iki evliliyim də xoşbəxt və uğurlu idi" Derek Prins

Lidiya Prins nə vaxt vəfat edib?

5 oktyabr 1975 (85 yaşında)

Rut Prins nə vaxt vəfat edib?

29 dekabr 1998 (68 yaşında)

Derek Prinsin övladları olubmu?

Derek Prins övladlığa götürülmüş on iki uşağın atası olub.

Dili və yeri təyin edin

i
i