Şagird hazırlamağı dəstəkləyin
Vəsiyyət etmək üçün varlı olmaq mütləq deyil. Başa düşürük ki, ilk növbədə yaxınlarınızın təminatını düşünürsünüz. Amma bilin ki, hər ölçüdə vəsiyyət etdiyiniz məbləğ qiymətləndiriləcək və dünyanın hər yerindəki bir çox məsihçi və imanlılar cəmiyyətlərinin həyatında bəhrəsini verəcək. Vəsiyyətinizin dəyəri nə olursa olsun, ehtiyacı olan şəxsə kömək etmək üçün çox faydalı olacaq.
Derek Prinsin təlimləri həyatımı ağlasığmaz dərəcədə dəyişdi. Ən böyük arzum gələcək nəsillərin də Derekin sözlərinin həyatı dəyişdirən təsirini yaşamaq üçün eyni imkana sahib olmasıdır. Məhz buna görə də "Derek Prince Ministries"ə miras qoymaq qərarına gəldim. Bilirəm ki, bu hədiyyə Derekin təlimini yaşatmağa, hətta biz səmada olsaq belə, illərlə insanlara təsir göstərməsinə kömək edəcək.
İanəniz ruhani cəhətdən aclıq çəkən məsihçilərin həyatlarını, imanlılar cəmiyyətlərini və yerli icmalarını dəyişdirən Allahın Kəlamının gücünü aşkar etmək üçün istifadə edə biləcəkləri Müqəddəs Kitab təliminə çıxış əldə etməsinə imkan verə bilər.
Vəsiyyət etdiyiniz ianə insanlara necə təsir edir
- Vəsiyyət etdiyiniz ianə Derekin təlimini dünyanın hər yerində olan yeni nəsil məsihçilərə pulsuz çatdıra bilər.
- Vəsiyyət etdiyiniz ianə Derek Prinsin təlimlərinin yeni dillərə tərcüməsini və çap edilməsini təmin edərək, dünyanın hər yerində olan imanlıları gücləndirə bilər.
- Vəsiyyət etdiyiniz ianə rəqəmsal şagirdlik və təbliğ materiallarının yaradılması üçün lazımi vasitə və resursların təmin olunmasında böyük rol oynaya bilər.
- Vəsiyyət etdiyiniz ianə gələcək pastorları, Müqəddəs Kitab kolleclərinin tələbələrini və müjdəçiləri Allahın Kəlamını daha dərindən araşdırmaq və yeni iman gətirənləri şagirdə çevirmək üçün təchiz edə bilər.
Vəsiyyətnamənizə bizi necə daxil edə bilərsiniz
"Derek Prince Ministries"
Qeydiyyatdan keçmiş xeyriyyə təşkilatı.
Əgər artıq vəsiyyətnaməniz varsa, bu əlavə vasitəsilə sadə bir dəyişiklik edə bilərsiniz.
Əlavə məlumat üçün bizimlə əlaqə saxlayın. Tam hüquqi məsləhət üçün vəkilə müraciət etməyinizi tövsiyə edirik.
Bizimlə əlaqə