30 möhtəşəm sitat
Hər sitata aid kitab və ya vəzin adı istinad edilir.

"Dua sonsuzdur. O bizim qitələrarası ballistik raketimizdir. Onu istənilən yerdən buraxa və istənilən yerə çatdıra bilərik".
Lusifer ifşa olunub
Müqəddəs Ruh yolu bilir, çünki xəritəni çəkən Odur.
Siz güc alacaqsınız
Həyatın mənbəyi ürəkdir. Allahın qanunu ürəyinizdə olanda, Allahın yolunda yaşayacaqsınız.
Siz güc alacaqsınız
Qismən itaətkarlıq kimi bir şey yoxdur.
Allahın xeyir-duasının qapısı
Allaha sadiq olan insan hər şeyə Onun gözləri ilə baxır.
Allahın xeyir-duasının qapısı
Bilik açarı əlinizə verir, amma Məsihdə olan Allahın xəzinə evinin kilidini açan imandır.
Tanınma

Düşünürəm ki, Allahın qəbul etməkdə çətinlik çəkdiyi bir şey varsa, o da yarımçıq ibadətdir.
Allahın hüzuruna daxil olmaq
Hər bir möminin dünyaya açıqlamaq üçün Allahın hikmətindən özünəməxsus bir cəhəti var və o bunu şəhadəti ilə açıqlayır.
Həyat kitabımdan səhifələr
Allahın qanununa görə, nikah hər iki tərəfin digəri üçün öz həyatından imtina edib, sonra digəri vasitəsilə yeni bir həyat yaşadığı bir əhddir.
Həyat yoldaşları
«Səltənətin gəlsin» deyə dua etmək, Padşahlığın gəlişi ilə bağlı hər şeyə uyğunlaşmaq öhdəliyi deməkdir.
Allahın imanlılar cəmiyyətini yenidən kəşf etmək
İnsan olaraq əsas problemimiz öz dəyərimizi dərk etməməyimizdir.
Döyüş qaydaları
Özünüzü az dəyərləndirməyin, çünki Allah sizi çox yüksək qiymətləndirir. O, İsa Məsihin qanını sizə sərf etdi.
Sınaqların məqsədi
Allah hələ də eşidir. Günahlarımızı etiraf edib onlardan əl çəkmək Onunla aramızdakı əlaqəni bərpa edir.
Siz qüdrət alacaqsınız

Hər hansı bir mədəniyyətdə və ya sivilizasiyada nikahla bağlı mövcud olan yanaşma, adətən, onun mənəvi və ruhani iqlimini göstərən dəqiq bir barometrdir.
Nikahları quran Allahdır
Xüsusilə də dözümlülük, Allahın ən yaxşı nemətlərinə nail olmağın açarıdır.
Allahın ən yaxşısını qəbul etmək
Dərs budur: buraxmağa hazır olmalısınız. Bu, ədalətsizdir, məntiqsizdir, haqsızdır! Nə olsun ki? Bunu Allah tənzimləyib. O, hər şeyə nəzarət edir. Bu, imandır!
İtaət lütfü
Məsihçi həyatı sadəcə şirinlik və arfa musiqisindən ibarət deyil. Hər bir sadiq məsihçi ümumi təcrübəsinin bir hissəsi olaraq müharibə ilə qarşılaşacaq.
Göydə müharibə
Uşaqlarınızı ərköyün böyütmək xeyirxahlıq deyil. Əslində, bu, çox vaxt tənbəlliyin təzahürüdür. Uşaqları ərköyün böyütmək, onları tərbiyə etməkdən daha asandır.
Ərlər və atalar
Dincliyə necə nail olmaq olar? Allahın səsini eşitməklə. Buna görə də narahat məsihçilər çoxdur. Onlar Allahın səsini necə eşitməyi bilmirlər.
Özünə diqqətli ol (1-ci hissə)
Əsas söz budur: eyniləşmə. İsa öləndə mən də öldüm. O dəfn olunanda mən də dəfn olundum. O diriləndə mən də dirildim. Buna inanaraq, Allahdan iman vasitəsilə salehlik alıram.
Romalılara Məktub üzrə səyahət

İnsanlar üçün İsa bir suayırıcıdır. Onların əbədi taleyi İsanın hansı tərəfində olduqlarına görə müəyyən edilir.
Həyat səfərinin sonu
Müqəddəs Ruhun vəftizini almaq üçün üç şey etməlisiniz: susuz olun, İsaya gəlin və için.
Siz qüdrət alacaqsınız
Hər dəfə düzgün qərar verəndə düzgün vərdişi gücləndirir və düzgün xarakteri formalaşdırırsınız.
Siz qüdrət alacaqsınız
Hesab edirəm ki, ən böyük günahın qətl və ya zina deyil, məhz qürur olduğunu anlamağımız hamımız üçün həyati əhəmiyyət daşıyır.
Samada olan müharibə
Heç vaxt yol verməməliyik ki, başa düşmədiyimiz şeylər Allahın aydın başa düşməyimizi təmin etdiyi həqiqət sahələrini bizdən gizlətsin.
Samada olan müharibə
Əgər Allaha xidmət üçün özümüzü əlçatan etmiriksə, Allaha məxsus ola bilmərik. Allah Öz evinə şıltaq, eqoist və özünü düşünən insanları qəbul etmir.
Samada olan müharibə
Çarmıxımızı götürmək iradəmizin təslim olması deməkdir.
Allahın xeyir-duasına açılan qapı

Pula olan münasibətiniz, əslində, Allaha olan münasibətinizi göstərir.
Allahın sizin pulunuza aid planı
Müqəddəs Kitaba əsaslanan həqiqi iman ürəkdən qaynaqlanır və həyat tərzimizi müəyyən edir. Bu, sadəcə zehnimizdə bəslədiyimiz intellektual bir anlayış deyil; bu, ürəkdə işləyən real və fəal bir qüvvədir.
Yaşadan iman
Bu həyatda formalaşdırdığımız xarakter əbədi vəziyyətimizi müəyyən edəcək. Bir gün istedadlarımızı geridə qoyacağıq; xarakterimiz isə əbədi olaraq bizimlə qalacaq.
Yaşadan iman